Archive for the 'Məqalələr' category

IT-də karyera və beynəlxalq sertifikatlar (2-ci hissə)

Aug 01 2019 Published by under Məqalələr

IT-də karyera və beynəlxalq sertifikatlar (2-ci hissə)

Karyera qurmağa başlayarkən hər birimizin hansı sahədə olmağından asılı olmayaraq beynəlxalq sertifikatlar haqqında düşünürük. Beynəlxalq sertifikatların ən çox maraq göstərilən və tələb olunan sahələrindən biri İnformasiya Texnologiyaları sahəsidir. Son illərdə informasiya texnologiyaları biznesə və şəxsi həyata o qədər inteqrasiya edib ki, artıq şirkətlər və şəxslər buna qarşı biganə qala bilmirlər. Bu səbəbdən informasiya texnologiyaları sahəsinin müxtəlif istiqamətlərində çalışan mütəxəssislərə ehtiyac var. İnformasiya texnologiyaları sahəsində çalışan birinin bu sahənin  mütəxəssisi olmasını müəyyən etməyin asan yollarından biri onun beynəlxalq sertifikatlarının olmasıdır. Təbii ki, o qədər mütəxəssislər var ki, savadlı və biliklidirlər, amma beynəlxalq sertifikatları yoxdur. Mənim öz ətrafımda kifayət qədər dostlarım var ki, sertifikatları yoxdur. Amma çox dəyərli mütəxəssislərdir. Sertifikat tam olaraq savadı ölçməsə də, ancaq onu təsdiq edən sənəddir. Amma hər hansı vakansiyaya “CV” göndərilsə, çox vaxt birinci sertifikatı olan “CV”-yə üstünlük verilir. Daha sonra sual-cavab ilə savad və biliyiniz yoxlanılır.

davamını oxu »

Comments are off for this post

İT-də karyera və beynəlxalq sertifikatlar (1-ci hissə)

Jul 30 2019 Published by under Məqalələr

İT-də karyera və beynəlxalq sertifikatlar (1-ci hissə)

Bu məqalə 2 hissədən ibarət olacaq. Birinci hissədə İT sahəsinə başlayanlar və ya universitetdə İT fakültəsində təhsil alanlar üçün karyera məsləhətləri olacaq, ikinci hissədə isə sistem inzibatçılığı istiqamətində beynəlxalq sertifikatlar haqqında yazacağam. Bu hissələrdə nələr haqqında danışacağımızı müəyyən etdikdən sonra başlayaq bu hissələr haqqında ətraflı yazmağa. İlk öncə özümüz üçün karyera xəritəsi  hazırlamalıyıq.Bu xəritə sizə hədəflərinizi və planlarınızı xatırladacaq. Eyni zamanda bu xəritəyə baxaraq hal-hazırda bu xəritənin hansı hissəsində olduğunuzu müəyyən edəcəksiniz.Bununla yanaşı həm də növbəti hədəfi, planı izləyə biləcəksiniz. Ona görə də xəritəni daim əlinizin altında saxlayın.

davamını oxu »

Comments are off for this post

Sərt Disklərin anatomiyası

Mar 16 2019 Published by under Məqalələr

Sərt Disklərin anatomiyası

Son dövrlərdə komptürlərdə, serverlərdə qalan mexaniki komponent sərt disklərdir. Sərt disklər mexaniki olduğuna görə digər komponentlərlə müqayisədə yavaşdır. Sərt disklər əsas bir neçə komponentdən ibarətdir. Bu komponentlər aşağıdakı kimidir:

Disk təbəqələri (platters)

Yazma/Oxuma başlıqları (read/write heads)

Növbəti komponent “Actuator assembly” adlanır. Bunu tərcümə edərkən “İşləyən və ya hərəkət etdirici mexanizm” mənasına bənzəyir. Bu mexanizm özü isə hərəkət etdirici mühərrikdən(actuator motor) və hərəkət etdirici qollardan(actuator arms) ibarətdir.

Mil mühərriyi (spindle motor)

davamını oxu »

Comments are off for this post

JBOD və RAID nədir?

Feb 09 2019 Published by under Məqalələr

JBOD və RAID nədir?

Bu məqaləmizdə JBOD(Just a Bunch Of Disks)  və RAID(Redundant Array of Indepentdent Disks) haqqında danışacağıq. Bacardığım qədər çalışacam ki, bunları ətraflı izah edə bilim. İlk öncə məqaləyə JBOD ilə başlayaq. JBOD rəsmi olmayan həlldir. Bu səbəbdən şirkət daxilində bu həlləri görə bilmirik. Eyni zamanda böyük storage firmaları da bunu həll kimi təklif etmir. Bəs JBOD-u harada istifadə edə bilərik? Deyəlim ki, əlinizdə fərqli həcmlərdə disklər var, bunları birləşdirib JBOD edə bilərsiniz. Bu zaman bütün disklərin həcmləri toplanacaq. Digər fərqli xüsusiyyəti isə  məlumatın JBOD altında birləşdirilmiş disklərə ardıcıl yazılmasıdır. Yəni bir disk bitdikdən sonra ikinci diskə keçir. Bundan başqa disklərdən biri xarab olarsa, məlumat itkisi yaşanacaq.

İndi isə RAID-lər haqqında danışaq. Bizim məlumatların yazıldığı bütün disklər müəyyən səbəblərdən zədələnə bilərlər. Məlumatlarımız bizim üçün çox önəmli olduğuna görə maksimum şəkildə bu məlumatları qorumağa çalışırıq. Bu səbəbdən disklərimizi də zədələnmələrə qarşı qoruyuruq. Yuxarıda qeyd etdiyimiz problemi həll etmək üçün bir məlumatı iki və ya daha çox diskə yaza bilərik. Əslində özümüz də bilmədən RAID-in açıqlamasını verdik. Bunları təmin etmək üçün iki cür RAID var: 1) Software RAID 2) Hardware RAID

davamını oxu »

Comments are off for this post

CredSSP Encryption Oracle Remediation xətası

May 21 2018 Published by under Məqalələr

CredSSP Encryption Oracle Remediation xətası

Salam Dostlar! Uzaqdan (RDP) bağlantı zamanı aşağıdakı xətanı alırsınızsa, bu o deməkdir ki, istifadəçi kompüterində və qoşulmaq istədiyiniz serverin birində may ayının update-ləri yüklənməyib. Əgər hər iki tərəfdə son update-lər yüklənsə bu problemi yaşamayacaqsınız.

Qoşulmaq istədiyiniz server virtualdırsa,  platforma üzərindən serverə daxil olub, aşağıdakı şəkildə qırmızı ilə işarə olunan yerdən seçimi ləğv etsəniz, RDP ilə qoşula biləcəksiniz.

davamını oxu »

Comments are off for this post

Older posts »