Active Directory Trust və Migration (1-ci hissə)
Salam Dostlar, bu məqaləmiz bir neçə hissədən ibarət olacaq. Ümumiyyətlə, bu məqalələrdə iki müxtəlif forestdə yerləşən domainlər arasında etibarlı əlaqə(trust) quracağıq, bundan sonra isə digər forestdə yerləşən istifadəçiləri başqa forestə köçürdəcəyik. Bu LAB üçün aşağıdakıları hazırlamışam:
Forest 1:
- course.local 192.168.1.0/24 | Windows Server 2012
- ADMT üçün server 192.168.1.0/24 | Windows Server 2008 R2
Forest 2:
- training.local 10.10.100.0/24 | Windows Server 2012
Burada Forest 1 hədəf domain sayılır, Forest 2 isə mənbə domain sayılır.
Qısa olaraq Active Directory Trust nədir, ona aydınlıq gətirək. Nəzərinizə çatdırmaq istərdim ki, bu məqalədə mən Forest Trust haqqında yazacağam. Əslində Trust-ın bir çox növləri var, amma biz iki fərqli forestin bir-birinə etibar etməsini istəyiriksə, bu zaman forest trust istifadə edirik. Əgər, iki forest arasında trust qurmuşuqsa, bu zaman hər iki forestdə yerləşən istifadəçiləri də onlara aid olmayan forestdə istifadə etmək olar. Nümunə üçün belə bir şey fikirləşək. Forest 1 də yerləşən qovluğa Forest 2 də yerləşən istifadəçi üçün icazə verə bilərik və bundan başqa bir çox hal üçün istifadə etmək olar.
davamını oxu »