Bulud Texnologiyası Tipləri
Salam Dostlar, bu məqaləmizdə çalışacam ki, Bulud Texnologiyasında mövcud olan tiplər haqqında danışaq və bacardığımız qədər bunların nə olduğunu izah edək. Bulud Texnologiyasının müxtəlif modelləri, tipləri və.s var. Müəyyən strukturlar quran zaman bunlardan istifadə edirik.Keçən məqalədə modellər haqqında danışmışdıq, bu məqalədə isə dediyimiz kimi tiplər haqqında danışacağıq, İnşAllah. Gördüyünüz kimi Bulud Texnologiyasının 4 tipi var, bunlar aşağıdakılardır:
Public Cloud:
Public Cloud`da öz strukturumuzu tamamilə buludda qururuq. Yəni bu o deməkdir ki, strukturumuzu üçüncü şirkət üzərində kirayə edəcəyimiz mənbələrdə üzərində qururuq. Buna nümunə olaraq istifadə etdiyimiz elektron poçtları göstərə bilərik. Bu elektron poçtlara heç bir pul ödəmədən bunların müxtəlif funksiyalarından istifadə edirik. Bu tipi kiçik və orta həcmli şirkətlərdə istifadə edə bilərik. Public Cloud`da əsasən nə qədər istifadə edirsənsə, o qədər də ödəyirsən.