Azure App Servis nədir?
App Servis Microsoft Azure-un təklif etdiyi PaaS xidmətidir. Burada hər hansı platforma üçün veb və mobil app-lar düzəltmək olur. Düzəltdiyiniz app-ları isə SaaS həllərlə, daxili mühitlə bütünləşdiririk. Burada bizim tanış olduğumuz veb və mobil app-lar əvvəl Azure Websites və Azure Mobile servis olaraq adlanırdı. App Servis özündə aşağıdakıları birləşdirir:
Web Apps – website və veb app-lar
Mobile Apps – mobil app-lar
API Apps – RESTful APİ-lar
Logic Apps – biznes prosesləri avtomatlaşdırmaq və kod yazmadan bulud üzərində sistemləri bütünləşdirmək