PRESSFRUM.AZ saytına verdiyim müsahibədən:
Fərhad Kərimov Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 26 yaşı var. AZFEN B.M. müəssisəsində sistem administratorudur. Yeniyetmə dövründən informasiya texnologiyaları (İT) sahəsinə maraq göstərib. İndi işlədiyi sahə üzrə müəllimlik də edir, kadr yetişdirir. Fərhad Kərimov həm xaricdə, həm də ölkədə Microsoft və Cisco-nun imtahanlarını verib, 18 beynəlxalq sertifikat alıb, Microsoft-un beynəlxalq müəllim statusuna yiyələnib. MCT adlanan bu imtahan Türkiyədə, Rusiyada, Dubayda verilir.
– Əvvəlcə internet klubu işlətdim. Bir müddət “HelpDesk” və sistem administratorunun köməkçisi kimi çalışdım. Daha sonra bu sahəyə ciddi yanaşmağa başladım.