KB3163622 və GPO
Salam Dostlar, bu məqaləmizdə sizə KB3163622 update-i yükləndikdən sonra baş verən bəzi dəyişikliklərdən danışacağıq. Belə ki, əgər, bu update-i siz kompüterə yükləmisinizsə, bu zaman sizin kompüterdə bəzi dəyişikliklər olacaq. Qısa olaraq desək, bu update-in məqsədi əsasən domain controller və hədəf kompüter arasında olan nəqliyyatın MiTM (man-in-the-middle) hücumdan qorunmasıdır. Update yüklənibsə, bu zaman siz kompüterə GPO tətbiq edən zaman Security Filtering bölümündən Authenticated Users seçirsinizsə, heç bir problem olmayacaq. Çünki Domain Users və Domain Computers Authenticated Users qrupunun daxilindədir. Deyəlim, siz qərar verdiniz ki, GPO-nu hər kəsə deyil, ancaq müəyyən istifadəçilərə tətbiq etmək istəyirsiniz. Bu zaman Security Filtering-dən istədiyiniz istifadəçini əlavə edirsiniz və eyni zamanda Delegation bölümündən Domain Computers əlavə edib, Read icazəsi verirsiniz. Bundan sonra sizin yazdığınız GPO tətbiq olunacaq.