GPO ilə BGINFO paylamaq

Sep 28 2013 Published by under Məqalələr

GPO ilə BGINFO paylamaq

Salam Dostlar, növbəti GPO məqaləsində yenə bir yerdəyik. Bu dəfə istədim ki, fərqli bir şey haqqında məqalə yazaq. Düşünürəm ki, hər kəsə yararlı məqalə olar. Təbii ki, yararlı olub, olmamağına siz qərar verəcəksiniz.Yəqin ki, SysInternals`ın BGInfo məhsulu haqqında eşitmisiniz.Məhsul dedim, əslində böyük bir proqram deyil.Həcmi 388 KB`dir.Amma buna baxmayaraq faydalı iş görür.Ən azından bizim işimizi asanlaşdırır.Artıq istifadəçilərə izah etmək məcburiyyətində qalmırıq ki, kompüterin adını öyrənmək üçün bura daxil, ora daxil ol.Sonra o adı bizə denən ki, mən də sənin kompüterinə uzaqdan qoşula bilim.Bu proqramla nəinki, kompüterin adını, hətta IP`sini belə rahat öyrənmək olar.Deyəsən, get-getə məqalənin istiqaməti dəyişir, BGInfo`nun bacarıqlarından danışmağa başladıq.Qısaca onu deyim ki, yuxarıda saydıqlarımla yanaşı bir çox lazımlı məlumatı bir başa istifadəçin masaüstündə yerləşdirmək olar.Onlarda heç yerə daxil olmadan orada olanı bizə deyə bilərlər.İndi isə məqaləyə qayıdaq.İlk öncə BGInfo`nu aşağıdakı keçiddən yükləyirik:

YÜKLƏ: BGInfo

Sonra proqramı açırıq. İlk öncə içərisində bütün məlumatlar olur, bunu CTRL+A düymələrinə sıxıb, sonra DEL düyməsini sıxıb, silirik.Bunları silməkdə məqsədimiz bizə lazım olan kimi məlumat toplamaqdır.

Bu məqalədə mən

Kompüter adı

IP

Username

Haqqında məlumat toplamağa çalışacam.

Aşağıdakı şəkildə gördüyünüz kimi sağ tərəfdən mənə lazım olan, göstəriciləri siyahıya əlav etmişəm.

1

davamını oxu »

Comments are off for this post

Group Policy ilə Desktop şəklini dəyişmək

Jun 07 2013 Published by under Məqalələr

Group Policy ilə Desktop şəklini dəyişmək

Salam Dostlar, bu məqaləmizdə mərkəzdən bütün istifadəçilərin Desktop şəklini dəyişdirəcəyik.Eyni zamanda istəyirik ki, istifadəçilər özləri Desktop şəklini dəyişə bilməsinlər.İndi isı bunları tətbiq etməyə başlayaq.İlk öncə hansı şəkil ki, istəyirik Desktop şəkli olsun, onu seçib, paylaşımda olan qovluğun içərisinə yerləşdiririk.

davamını oxu »

Comments are off for this post